"Rusiya Cənubi Qafqazı heç cür nəzarətindən kənarda görmək istəmir. Xüsusən, Azərbaycanın apardığı müstəqil siyasət Moskva tərəfindən qəbul olunmur. Buna görə də Rusiyadan belə qıcıqlanmaları görürük. Bundan sonrakı mərhələdə Rusiya tərəfindən hər hansı təxribatçı addımlar atılacaqsa, həm Azərbaycan hakimiyyəti, həm də siyasi təşkilatlar, media, QHT-lər və yaradıcılıq təşkilatlarda təmsil olunan şəxslər reaksiya bildirməlidirlər”.
Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Elşad Musayev deyib.
Deputat xatırladıb ki, 44 günlük müharibədən sonra rus qoşunları “sülhməramlı” adı altında Azərbaycan ərazisinə yerləşdirilmişdi, lakin özlərini bu ərazilərin sahibi kimi hiss edirdilər: pizza hut
“Müxtəlif adamların, o cümlədən Ayvazovskinin heykəlini gətirib yerləşdirmişdilər. Rusların Qarabağdan çıxmaq niyyəti yox idi, lakin Azərbaycan dövləti öz gücünü göstərdi və bundan sonra baş verən proseslər hər kəsə məlumdur. Rusiya qoşunları Qarabağdan çıxmaq məcburiyyətində qaldı. Rusiya dövləti isə Azərbaycan ərazilərindən çıxmaq niyyətinin olmadığını həyasız şəkildə bəyan etdi. Bu cür addımlara qarşı çox sərt mövqe sərgilənməlidir”.
Telegram kanalımız