AZ

"Neftçi"nin sabiq prezidenti Çempionlar Liqasına təyinat aldı

BAKI, 1 avqust. TELEQRAF

"Neftçi"nin keçmiş prezidenti Orxan Hüseynzadə UEFA tərəfindən təyinat alıb.

Teleqraf xəbər verir ki, o, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 6-da keçiriləcək “Kayrat” (Qazaxıstan) - “Slovan" (Slovakiya) oyununun UEFA nümayəndəsi olacaq.

Bakı vaxtı ilə 19:00-da start götürəcək matçda ədaləti niderlandlı baş hakimi Serdar Gözübüyük qoruyacaq.

Qeyd eədk ki, qarşılaşma Alma-Ata şəhərinin mərkəzi stadionunda təşkil olunacaq.

Seçilən
1
teleqraf.com

1Mənbələr