AZ

Güney mediası Arif Babayevin vəfatından yazdı

ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Güney Azərbaycan, xüsusən Təbriz mediası və sosial media şəbəkələrində Azərbaycan xalq artisti Arif Babayevin vəfatı ilə bağlı xəbərlər yayılıb.

Kult.az xəbər verir ki, bu barədə ilk olaraq Təbrizin "Azərəncümən" nəşri məlumat yayıb.

Xalq artistinin həyatı və yaradıcılığı ilə bağlı məlumat verilib, onun vəfatının bütün azərbaycanlılara ağır mədəni itki olduğu bildirilib.

Bu gün səhər saatlarından başlayaraq, Güney Azərbaycan sosial media platformalarında xalq artistinin ifa etdiyi "Pəncərədən daş gəlir" mahnısı ən çox paylaşılan və bəyənilən videolar arasında ilk yeri tutub.

Qeyd edək ki, xalq artisti Arif Babayev avqustun 1-i səhər saatlarında dünyasını dəyişib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
2
axar.az

3Mənbələr