Bu gün saat 08:00 radələrində Bakı-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 70-ci kilometrliyində Zaman Orucovun idarə etdiyi "VAZ" markalı nəqliyyat vasitəsi ilə Vüsal Əliyevin idarə etdiyi "Toyota" markalı nəqliyyat vasitəsi toqquşub.
"Unikal" xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Bildirilib ki, qəza nəticəsində Zaman Orucovun avtomobilindəki iki sərnişin aldığı xəsarətlərə görə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.