AZ

"Araz-Naxçıvan"ın "Omoniya" ilə oyunlarının hakimləri müəyyənləşib

Bakı. Trend:

UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində"Araz-Naxçıvan"ın "Omoniya" (Kipr) ilə keçiriləcək oyunlarınınhakimləri açıqlanıb.

Trend UEFA-nın saytınaistinadən xəbər verir ki, avqustun 7-də Bakıda keçiriləcək ilkgörüşü çexiyalı hakimlər idarə edəcək. Matçın baş hakimi OndreyBerka olacaq. Ona yan xətdə Ona İvo Nadvornik və Yan Vanya köməkgöstərəcək. Dördüncü hakim funksiyasını Ondrey Peçaneç yerinəyetirəcək.VAR-da Tomas Koçurek, AVAR-da Miroslav Zelinkaəyləşəcək.

Avqustun 14-də Kiprdə keçiriləcək oyun isə Danimarkadan olanhakimlərə tapşırılıb. Görüşün baş hakimi Yakob Kehlet, onunköməkçiləri iss Lars Hummelgaard və Martin Markus olacaq. Dördüncühakim funksiyasını Mikkel Redder yerinə yetirəcək. VAR-da SandiPutros, AVAR-da Morten Krogh əyləşəcək.

Məqalədə:
Seçilən
3
2
az.trend.az

3Mənbələr