AZ

Ərdoğan, İtaliya və Liviya Baş Nazirləri ilə Görüşəcək

BAKI, TurkicWorld , Fərid Mikayılov

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İtaliyanın Baş naziri Corcia Meloni və Liviya Baş naziri Əbdülhəmid Dibeybeni İstanbulda qəbul edəcək.

TurkicWorld xəbər verir ki, üçtərəfli görüşün Bakı vaxtı ilə saat 15:30-da Dolmabahçədə keçirilməsi planlaşdırılır.

Görüşdə Aralıq dənizi regionunda təhlükəsizlik, enerji əməkdaşlığı, miqrasiya məsələləri və regional sabitlik kimi əsas strateji mövzuların müzakirə olunacağı gözlənilir.

Tərəflər həmçinin Liviya böhranı, qeyri-qanuni miqrasiyanın qarşısının alınması, Türkiyə–Aİ münasibətləri və enerji təchizatı sahəsindəki əməkdaşlıq imkanlarını da nəzərdən keçirəcəklər.

Ərdoğanın həm Corcia Meloni, həm də Əbdülhəmid Dibeybe ilə ayrı-ayrılıqda ikitərəfli görüşlər də keçirməsi nəzərdə tutulur. Bu çərçivədə ikili münasibətlərin mövcud durumu və gələcək əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılacaq.

Seçilən
40
turkic.world

1Mənbələr