AZ

İpoteka predmetinin satışı yeni qaydada həyata keçiriləcək

Məhkəməyə müraciət edilmədən ipoteka predmetinin satışı yeni qaydada həyata keçiriləcək.

Bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “İpoteka haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs, hərracların keçirilməsi qaydası, o cümlədən hərrac baş tutmadıqda sonrakı prosedurların müəyyən edilməsi, tərəflərin hüquq və vəzifələri və əmlakın satış qiyməti tərəflərin razılığı ilə müəyyən olunur.

Buna müvafiq olaraq hərracların keçirilməsi qaydası, hərracın baş tutmaması, hərracın etibarsız sayılması ilə bağlı müddəalar qanundan çıxarılıb.

Seçilən
52
24
banker.az

10Mənbələr