AZ

Elçin Məsiyev ÇFR - “Braqa” matçına təyinat aldı

Azərbaycanın FIFA referisi Elçin Məsiyev Avropa Liqasının 2025/2026 mövsümünün 3-cü təsnifat mərhələsinin oyununa təyinat alıb.

Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.

Məsiyev Rumıniyada ÇFR (Kluj) və Portuqaliyanın “Braqa” komandaları arasında keçiriləcək Avroliqanın 3-cü təsnifat mərhələsinin ilk matçını idarə edəcək. Ədalət təmsilçisinə yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. VAR-da ispan Sezar Soto Qrado, AVAR-da Alexandro Munyis Ruis əyləşəcəklər.

Qeyd edək ki, avqustun 7-də baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 21:30-da start veriləcək.

Seçilən
43
12
arena.az

10Mənbələr