AZ

Su müharibələri hansı ərazilərdə başlaya bilər

Ecoticias ekoloji portalı xəbərdarlıq edir ki, iqlim dəyişikliyi və şirin su çatışmazlığının artması yeni genişmiqyaslı münaqişələrə səbəb ola bilər. Dünyanın quraq bölgələrində su çatışmazlığı ölkələr arasında rəqabəti gücləndirir, sosial və iqtisadi inkişafı təhlükə altına alır.

Yağıntıların paylanması dəyişir: yaş rayonlar daşqınlardan, quru rayonlar isə uzun sürən quraqlıqdan əziyyət çəkir. Qlobal temperaturun artması su anbarlarında və buzlaqlarda su ehtiyatlarını azaldır.

Avropa Komissiyasının məlumatına görə, dünyada 300-ə yaxın ərazi su münaqişəsi riski altındadır.

Ən həssas ölkələr:

- Misir və Efiopiya (Nil),

- Hindistan və Pakistan (Hind),

- Hindistan və Banqladeş (Qanq),

- Türkiyə, Suriya və İraq (Dəclə və Fərat) kimi böyük çay hövzələri ilə ayrılan ölkələrdir.

Bununla belə, planetdəki bütün suyun yalnız 2,5%-i içmək üçün yararlıdır və bunun əhəmiyyətli bir hissəsi buzlaqlarda qalıb. Əhalinin artması və suya artan tələbat su böhranını getdikcə daha genişmiqyaslı və ciddi problemə çevirir.

ECONews

Seçilən
16
anspress.com

1Mənbələr