AZ

Baş prokuror paytaxtın Xətai rayonunda vətəndaşların müraciətlərini dinləyib

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.

“İki sahil” xəbər verir ki,  Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, avqustun 1-də Baş prokuror Kamran Əliyev Bakı şəhəri Xətai Rayon Prokurorluğunun inzibati binasında Xətai rayonundan və digər bölgələrdən olan vətəndaşların müraciətlərini dinləyib.

33 vətəndaşın müraciəti ilə bağlı konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Seçilən
58
12
ikisahil.az

10Mənbələr