AZ

4 sərnişin “Boeing”-i məhkəməyə verib

ABŞ-də ötən il havada olarkən gövdəsindən bir parça qopduğu üçün təcili eniş edən təyyarədəki 171 sərnişindən 4-ü, şəxsi, daimi və maddi zərər gördükləri səbəbilə təyyarənin istehsalçısı olan “Boeing” şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. 

"Cebheinfo.az" xəbər verir ki, 1282 saylı reysi yerinə yetirən təyyarədə sol orta çıxış qapısının tıxacının qopması nəticəsində 4 sərnişin ayrı-ayrılıqda məhkəməyə müraciət edib. İddia ərizələrində qeyd olunub ki, həmin sərnişinlər həm fiziki, həm də psixoloji baxımdan xəsarət alıb və maddi zərərə məruz qalıblar. Vaşinqton ştatının Sietl şəhərində açılan bu məhkəmə işi ilə bağlı hələlik Boeing tərəfindən rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, ABŞ-də Alaska Airlines şirkətinə məxsus "Boeing 737 MAX 9" tipli sərnişin təyyarəsi 5 yanvar 2024-cü il tarixində havada olarkən gövdəsindən bir parça qopduğu üçün 171 sərnişin və 6 ekipaj üzvü ilə təcili eniş etmişdi. 

Hadisədən sonra aviaşirkət 737 MAX 9 tipli 65 təyyarənin yoxlanılması üçün müvəqqəti istifadədən çıxarılacağını bildirmişdi. ABŞ Federal Aviasiya Administrasiyası (FAA) da "Boeing 737 MAX 9" tipli təyyarələrin uçuşlarının müvəqqəti dayandırılması qərarını vermişdi. 

Seçilən
6
1
cebheinfo.az

2Mənbələr