AZ

Bundestaq əməkdaşlarını stressdən xilas etmək üçün yoqa və pilatesdən istifadə edəcək

Almaniya parlamenti işçilərinə stresslə mübarizədə kömək etmək üçün yoqa və pilates müəllimləri üçün tender elan edib.

Herbiand.az bildirir ki, bu barədə Bild qəzeti bundestaqın satınalmalar departamentinin müraciətinə istinadən xəbər verir.

Plana görə, dərslər 2026-cı ilin yanvarında başlamalıdır və parlament binasında xüsusi təchiz olunmuş otaqda keçiriləcək. Kursun proqramına nəfəs məşqləri (pranayama), fiziki pozalar (asanalar) və dərin əzələlərin gücləndirilməsi daxildir.

Bundestaq təlimatçı ilə dərslərin yalnız Almaniya parlamentinin əməkdaşları üçün keçiriləcəyini bildirib. Deputatların və onların köməkçilərinin iştirakı nəzərdə tutulmayıb.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
36
herbiand.az

1Mənbələr