AZ

Rusiyada faciəli şəkildə ölən azərbaycanlı Salyanda dəfn olundu

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Rusiyada faciəli şəkildə ölən Salyan sakininin meyiti Salyanda dəfn olunub.

Oxu.Az xəbər verir ki, 24 yaşlı Rəşad Rasət oğlu İslamov rayonun Qalalı massivində torpağa tapşırılıb.

Qeyd edək ki, hadisə bir neçə gün öncə Rusiya Federasiyasında baş verib.

Belə ki, işləmək üçün Rusiyaya gedən Salyan rayonu Qalalı massiv sakini, 24 yaşlı Rəşad Rasət oğlu İslamov çayda boğularaq dünyasını dəyişib.

Qeyd edək ki, mərhum əvvəllər Bakı şəhərində aşpaz kimi çalışıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
2
oxu.az

3Mənbələr