Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Avqustun 1-də xarici işlər naziri Ceyhun Bayramov İsrail Dövlətinin Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ronen Krausu qəbul edib.
XİN-dən verilən xəbərə görə, görüş zamanı səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri təyinatı münasibətilə təbrik edib, ona ölkəmizdə diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Daha sonra, Azərbaycan və İsrail arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə regional vəziyyət müzakirə olunub.
İki ölkə arasında siyasi, iqtisadi, ticarət, energetika, kənd təsərrüfatı, investisiyalar, təhlükəsizlik və humanitar sahələrdə əməkdaşlıq təqdir olunub, əlaqələrin geniş inkişaf perspektivlərinə malik olduğu vurğulanıb.
Yaxın Şərq regionunda gərgin vəziyyətin ciddi narahatlıq doğurduğu, ölkəmizin sülh və sabitliyin bərqərar edilməsinə çağırış etdiyi və bu prosesə töhfə verməyə hər zaman hazır olduğu qeyd edilib.
Yeni səfir fəaliyyəti müddətində ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.