futbolpress-az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Azərbaycan klublarının Konfrans Liqasının III təsnifat mərhələsindəki cavab oyunlarına təyinatlar məlum olub.
Futbolpress.az xəbər verir ki, “Sabah”ın Bakıda Bolqarıstanın “Levski” komandasına qarşı keçirəcəyi oyunu Ukraynadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Mikala Balakin olacaq. Ona yan xətt hakimləri Oleksandr Berkut və Viktor Matyaş kömək edəcək. Dördüncü hakim funksiyasını Vitali Romanov yerinə yetirəcək. VAR-da Oleksi Derevinski və Kim Zabrada olacaq.
“Araz-Naxçıvan”ın Kiprdə “Omoniya”ya qarşı keçirəcəyi oyun isə Danimarkadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Yakob Kehlet olacaq. Ona yan xətt hakimləri Lars Hummelqaard və Martin Markus kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mikkel Redder yerinə yetirəcək. VAR-da Sandi Putros və Morten Kox olacaq.
Hər iki görüş avqustun 14-də keçiriləcək. Komandalar arasındakı ilk matçlar isə avqustun 7-də baş tutacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.