AZ

Türkiyə təyyarələrdə erkən qalxan sərnişinlərə cərimə tətbiq etməyə başlayır

Türkiyə təyin olunmuş vaxtdan əvvəl oturacaqlarından duran təyyarə sərnişinlərinə qarşı cərimələr tətbiq etməyə başlayıb.

Bu barədə HavaSosyalMedya nəşri məlumat yayıb .

Yenilik Sofiyadan İstanbula uçan Pegasus Hava Yollarına məxsus “Boeing 737-800” təyyarəsinin enişindən dərhal sonra bəzi sərnişinlərin ayağa qalxması ilə bağlıdır. Onlar əl yüklərini götürməyə çalışıblar və stüardessaların xahişindən sonra öz yerlərinə qayıtmaqdan imtina ediblər. Ekipaj polisi çağırıb.

“Təyyarə tam dayanmadan yerə endikdən sonra ayağa qalxan, baqaj rəflərini açan və ya elanlara baxmayaraq oturacaqlarını tərk edən sərnişinlər inzibati cərimələrə məruz qala bilərlər”, - nəşrdə deyilir.

Seçilən
13
aznews.az

1Mənbələr