AZ

Rusiyanın Komi Respublikasında məscid yandırılıb

Oxumeni.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiyanın Komi Respublikasında məscid yandırılıb

İyulun 31-nə keçən gecə Usinsk şəhərində səhər namazından az sonra yerli məscid yandırılıb. Növbətçi imam Rafis giriş qapısında tüstülənməni görüb və gələn yanğınsöndürənlər 20 dəqiqə ərzində yanğını lokallaşdıraraq ağır nəticələrin qarşısını alıblar.

Oxuməni.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Polis yanğın zamanı müşahidə kameralarına düşən 20 yaşlı Usinsk sakinini müəyyən edərək saxlayıb. Komi Respublikasının Daxili İşlər Nazirliyi cümə axşamı bildirib ki, telefon dələduzluğunun qurbanı olan qız giriş qapısına benzin tökərək onu yandırıb. Şübhəli əlavə araşdırma üçün FSB-nin Komi Respublikası üzrə İdarəsinə təhvil verilib.

Regional Daxili İşlər Nazirliyi xəbərdarlıq edib: “Yad adamların xahişlərini yerinə yetirməklə siz terrorçu olmaq və uzun müddətə azadlıqdan məhrumetmə cəzası almağınız riski daşıyırsınız”.

Son iki ildə Rusiyada məscid yandırma hallarının, eləcə də buna cəhdlərin artması müşahidə olunur.

Mart ayında İslam bayramı olan Ramazan bayramı ərəfəsində naməlum şəxslər Moskva vilayətinin Yeqoryevsk şəhərində yerli məscidi yandırıblar. Daha sonra Rusiyada qadağan olunmuş ifrat sağçı millətçi “muxtar döyüş qrupu” müsəlman binasının yandırılmasına görə məsuliyyəti öz üzərinə götürüb. Telegram messencerində dərc olunan manifestdə ifrat sağçılar aksiyanı Ramazan bayramı ilə üst-üstə salıb və Rusiyada “məscidlərə yer olmamalıdır” deyiblər.

Son illərdə radikallar qapalı Telegram kanalları şəbəkəsi yaradıblar və burada yoldan keçən rus olmayanların, süpürgəçilərin və kuryerlərin döyülməsi videolarını dərc edirlər. Təkcə 2024-cü ilin noyabr ayında onlar 85 hücumu qeydə alan 58 video yayımlayıblar.

Almaz Həsənli

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
1
oxumeni.az

2Mənbələr