Oxumeni.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Putin yüz minlərlə mühafizəçiyə odlu silah paylanmasını əmr edib
Vladimir Putin işçilərin sayının 250 min nəfərə çatacağı təxmin edilən departament mühafizəsinin odlu silahla təchiz edilməsi haqqında qanun imzalayıb.Bu barədə Oxuməni.az “TASS”a istinadla xəbər verir.
Qanunda qeyd edilir ki, 20 mm-ə qədər çaplı silah və patronlar instruktajdan sonra Rosqvardiya əməkdaşları tərəfindən “müvəqqəti olaraq” veriləcək.
Odlu silahlar dronlarla (hava, sualtı və yerüstü) mübarizə aparmaq üçün federal dövlət orqanlarının, icra hakimiyyəti orqanlarının və Moskva hökumətinin departament təhlükəsizlik döyüşçülərinə veriləcək.
Departament mühafizəsi (DM) dövlət orqanlarının, dövlət korporasiyalarının və ya strateji müəssisələrin tabeliyində olan obyektlərin təhlükəsizliyini təmin edən təhlükəsizlik bölmələri sistemidir. Büdcədən və ya müəssisələrdən maliyyələşdirilən DM Rosqvardiya və ya Daxili İşlər Nazirliyinin bir hissəsi deyil, 14 aprel 1999-cu il tarixli 77-FZ saylı Federal Qanuna əsasən fəaliyyət göstərir.
Putinin imzaladığı qanundan əvvəl DM əməkdaşlarının mühafizə olunan obyektlərdən kənarda “yalnız mühafizə olunan obyektlərdə cinayət və ya inzibati xəta törətmiş şəxsləri təqib edərkən” xüsusi texnika və atıcı silahlardan istifadə etmək hüququ var idi.
Almaz Həsənli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.