O bildirib ki, əgər dünya Rusiyada rejim dəyişikliyinə can atmasa, Moskva müharibədən sonra belə qonşu ölkələri sabitsizləşdirməyə davam edəcək.Digər tərəfdən, ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı müharibəsini “iyrənc” adlandırıb. O, jurnalistlərə açıqlamasında bildirib ki, Moskva ilə sülh razılaşması əldə olunmazsa, yeni sanksiyalar tətbiq ediləcək.Tramp qeyd edib ki, sanksiyaların Rusiyaya təsir edib-etməyəcəyini bilmir.
Xatırladaq ki, Rusiya rəhbərliyinə razılaşma üçün avqustun 8-nə qədər vaxt verilib. ABŞ-nin xüsusi nümayəndəsi Stiv Vitkoff bu çərçivədə İsraildən sonra Rusiyaya səfər edəcək.