AZ

"Qarabağ"ın ÇL-də potensial rəqibləri - Pley-off-a vəsiqə qazansa

Avqustun 4-də İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının pley-off mərhəələsinin püşkatma mərasimi keçiriləcək.

Sportinfo.az azerisport.com-a istinadən xəbər verir ki, püşkatma zamanı “Qarabağ” da potensial rəqibini öyrənəcək.

Qurban Qurbanovun komandası 3-cü təsnifat raundunda Şimali Makedoniya təmsilçisi “Şkendiya” ilə qarşılaşacaq. İlk oyun avqustun 5-i Skopyedə, cavab matçı avqustun 12-si Bakıda keçiriləcək.

Püşkatma zamanı “Qarabağ” - “Şkendiya” cütü səpələnməmişlər səbətində yer alacaq.

Bu cütün qalibi pley-off mərhələsində səpələnmişlər səbətində yer alacaq aşağıda adları qeyd edilən komandalardan biri ilə qarşılaşacaq:

-“Bude-Qlimt” (Norveç)
-“Seltik” (Şotlandiya)

Və ya ÇL-də 3-cü raundun aşağıdakı cütlərinin qaliblərindən biri ilə:

“Malmö” (İsveç) – “Kopenhagen” (Danimarka)
“Lex” (Polşa) – “Srvena Zvezda” (Serbiya)
“Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan)

Püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Çempionlar Liqasının pley-off mərhələsinin oyunları 19/20 və 26/27 avqust tarixlərində keçiriləcək.

Seçilən
57
9
sportinfo.az

10Mənbələr