AZ

Putin: “Orejnik” pilotsuz aparatı artıq cəbhəyə çatdırılıb

Rusiya Prezidenti Vladimir Putin yeni yerli istehsal olan “Orejnik” pilotsuz uçuş aparatının (PUA) artıq orduda istifadə edildiyini bildirib. O, bu barədə avqustun 1-də yayımlanan müsahibəsində danışıb.

Putinin sözlərinə görə, bu zərbə tipli dron Rusiya ordusunun pilotsuz sistemlər sahəsində yeni proqramının bir hissəsidir və onun seriyalı tədarükünə artıq start verilib.

“O artıq işləyir. Sadəcə tədarük olunmayıb, döyüş bölgəsində real istifadədədir. Çox yaxşı aparatdır – yüksək dəqiqliyə, güclü zərbə qabiliyyətinə və ciddi döyüş yükünə malikdir”, – deyə Putin vurğulayıb.

“Orejnik” PUA-sının texniki xüsusiyyətləri barədə rəsmi məlumat verilməyib.

//Samir Qurbanov, Editor.az

Seçilən
13
editor.az

1Mənbələr