AZ

Vuçiç Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb

ain.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İclas avqustun 2-nə təyin edilib - Toplantının çağırılma səbəbi rəsmən açıqlanmayıb

Serbiya Prezidenti Aleksandr Vuçiç keçmiş daxili və xarici ticarət naziri Tomislav Momiroviçin saxlanılması fonunda Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Veçernye Novosti” qəzeti məlumat yayıb.

İclas avqustun 2-nə təyin edilib. Toplantının çağırılma səbəbi rəsmən açıqlanmayıb.

Qəzet iddia edir ki, Serbiya liderinin addımının mümkün səbəbi "kütləvi dövlət çevrilişinə cəhd" olub. Nəşrin mənbələrinə görə, bu əməliyyatda Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Xüsusi Prokurorluğun və ayrı-ayrı polis bölmələrinin əməkdaşları iştirak edir.

Qeyd edək ki, Serbiya Prezidenti məşhur rejissor və musiqiçi Emir Kusturitsanı dövlət çevrilişi hazırlamaqda ittiham edib. Vuçiç jurnalistlərə bildirib ki, Kusturitsa müxalifət nümayəndələri - Novi Sad Universitetinin professoru Dinko Qruhonic, siyasətçi Nenad Çanak və tarixçi Milo Lompar ilə birlikdə onun istefasına nail olmaq istəyir.

"Heç bir fərq yoxdur, ortaq hədəf var - bu Vuçiçdir. Onu devirməlidirlər və bu onların proqramıdır. Başqa proqram yoxdur", - Serbiya Prezidenti vurğulayıb.

Eyni zamanda, onun sözlərinə görə, müxalifətin nə siyasi proqramı var, nə də serb xalqının nəyə ehtiyacı olduğunu başa düşür.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
ayna.az

1Mənbələr