“Fənərbağça” 31 yaşlı portuqaliyalı sağ cinah müdafiəçisi Nelson Semedo ilə azad agent qismində müqavilə bağlayıb.
Arena.az bu barədə “Fənərbağça”nın rəsmi saytına istinadən məlumat verir.
Tərəflər 2 illik – müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olcacaq müqavilə imzalayıblar.
Nelson Semedo “Şentrenşe”nin məzunudur. Müdafiəçi, karyersı ərzində “Benfika”, “Fatima” (icarə), “Barselona” və “Vulverhempton”da oynayıb.
Geridə qalmış mövsümdə Semedo “Vulverhempton” üçün 37 oyuna çıxıb, 5 məhsuldar ötürmə verib.
Semedo 2015-ci ilin oktyabr ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 44 oyun keçirib, 5 məhsuldar ötürmə verib.
Semedonun qənimətlər muzeyində “Benfika” ilə qazandığı Portuqaliya çempionluğu (2 dəfə), ölkə kuboku, liqa kuboku və superkuboku, həmçinin “Barselona” ilə qazandığı İspaniya çempionluğu və ölkə superkuboku var. Portuqaliya yığması ilə Semedo UEFA Millətlər Liqasının qalibi olub (2019, 2025).
“Transfermarkt” internet-portalı 31 yaşlı portuqaliyalı sağ cinah müdafiəçisinin transfer dəyərini 9 milyon avro məbləğində qiymətləndirir.