Azərbaycanlı futbolçu Orxan Əliyevin çıxış etdiyi “Ozqon” Qırğızıstan Premyer Liqasında növbəti oyununu keçirib.
İdmanxeber.az-ın məlumatına görə, komanda doğma meydanda “Talant”ı qəbul edib. Qarşılaşma ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Orxan da bu matçın iştirakçısı olub. 29 yaşlı hücumçu 36-cı dəqiqədə komandasının ikinci qolunu vurub. O, ötən tur da fərqlənməyi bacarmışdı.
15 turdan sonra aktivində 22 xal olan “Ozqon” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.