Footbal-plus saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
“Araz-Naxçıvan”ın futbolçusu Patrik Andradenin “instaqram” hesabındakı profil şəklində hələ də “Qarabağ” formasındadı. 32 yaşlı futbolçu bioqrafiya bölməsində Naxçıvan təmsilçisinin futbolçusu olduğunu bildirsə də, profilidə “Qarabağ”a aid şəkildi. Foto “Bude-Qlimt”lə oyundan sonra çəkilib. Maraqlıdı, “Araz-Naxçıvan” futbolçusunun çempionluq uğrundakı mübarizədə əsas rəqiblərindən birinin formasını daşımasını necə qəbul edir? Bir neçə mövsüm əvvəl “Neftçi”də çıxış edən Vild-Donald Geryenin həyat yoldaşının “Qarabağ” formasında şəkil paylaşmasının necə böyük narazılıq doğurmasından xəbərdarsız. “Araz-Naxçıvan” da böyük klub olmaq istəyirsə, belə detallara fikir verməlidi.MÜZƏFFƏR QULUZADƏ
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.