AZ

Aqrar Sığorta Fondu birinci yarımildə nə qədər sığorta ödənişi həyata keçirib?

Bakı.Trend:

Aqrar Sığorta Fondu müxtəlif hadisələr səbəbindən zərərləüzləşmiş fermer və təsərrüfatlara 2025-ci ilin yanvar-iyunaylarında (ilk yarım il) 4 milyon 435 min manat sığorta ödənişihəyata keçirib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Aqrar SığortaFondundan məlumat verilib.

Bildirilib ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1milyon 571 min manat və ya 55% artıqdır.

Qeyd edilib ki, sığorta ödənişinin 4 milyon 245 min manatıbitkiçilik məhsulları üzrə (əkin sahələrinə), 190 min manatı isəheyvandarlıq təsərrüfatlarına edilib.

Sığorta ödənişlərinin verilməsi ilə nəticələnən əsas sığortahadisələri bitkiçilikdə dolu, fırtına, qasırğa, sel-subasmahalları, heyvandarlıqda yoluxucu xəstəliklər və zəhərlənməhallarıdır.

Seçilən
26
1
az.trend.az

2Mənbələr