Rusiyanın TASS dövlət agentliyi növbəti dəfə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı hörmətsizlik edərək, Xankəndi şəhərini “stepanakert” kimi təqdim edib. Azərbaycan XİN isə buna tutarlı cavab verərək xəbərdarlıq edib ki, bu fakt aradan qaldırılmasa və üzrxahlıq edilməsə, TASS-ın Azərbaycanda fəaliyyətinə qarşı müvafiq tədbirlər görüləck. Yəni, agentliyin ölkəmizdəki akreditasiyası və fəaliyyəti ləğv ediləcək...
Bunu nəzərə almağa məcbur olan TASS agentliyi bu dəfə həmin “stepanakertdə Ayvazovskinin abidəsi söküldü” xəbərinin sərlövhəsini dəyişərək, "stepanakert" sözünü "dağlıq Qarabağ" ifadəsi ilə əvəzləyib. Bununla da növbəti dəfə Azərbaycanın suverenliyinə, ərazi və şəhər adlarına qarşı özünün qərəzli mövqeyini təsdiqləyib. Heç cür Xankəndi adını öz mənfur dilinə gətirə bilməyən, şəhərimizi öz adı ilə çağırmaq istəməyən agentlik bu dəfə də ümumiyyətlə, onun adını çəkmədən Azərbaycanın Qarabağ iqtisadi zonasını “dağlıq Qarabağ” adlandırır.
Bu, bir daha göstərir ki, Rusiya Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini hələ də heç cür həzm edə bilmir və bu cür həyasız, iyrənc “tryuklarla” Qarabağı, Xankəndini öz adı ilə çağırmaqdan yayınır.
Agentlik Azərbaycan XİN-in xəbərdarlığına baxmayaraq, nə bu təxribatçı xəbərinə düz-əməlli düzəliş etdi, nə də üzr istədi. Bəs, belə bir media qurumunun Azərbaycanda nə işi var? Onu da “Sputnik”-in ardınca göndərməyin vaxtı deyilmi?
AzPolitika.info