AZ

Peşə təhsili üzrə staj tələbinə Agentlikdən

Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən elan olunan ixtisas müəllimi və istehsalat təlimi ustalarının işə qəbulu zamanı namizədlərdən əmək stajının tələb olunması bir sıra müəllimlərin narazılığına səbəb olub. Məsələ ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyinə Metbuat.az tərəfindən sorğu ünvanlanıb. Sorğuya cavab olaraq qurumun PR və Kommunikasiya üzrə sektor müdiri Aytən Səfərəliyeva bildirib ki, ixtisası üzrə istehsalat və xidmət sahələrində usta vəzifəsi üçün azı 5 il, müəllim vəzifəsi üçün isə azı 1 il staj tələb olunur. “Bu, o demək deyil ki, biz ondan pedaqoji staj tələb edirik. Biz ondan yalnız dərs keçəcəyi sahə üzrə vəzifəsinə uyğun ümumi staj tələb edirik”, - deyə cavabda qeyd olunub. Sevinc İbrahimzadə / Metbuat.az


Seçilən
29
metbuat.az

1Mənbələr