AZ

Kiyevdə qanlı gecə: Raket və dron hücumu 31 can aldı

Kiyevdə

Rus qoşunları ötən gecə, iyulun 31-də Kiyevə kütləvi dron və raket zərbələri endirib. Şəhərdə dağıntılar altında qalanlar çıxarılır, ölənlərin sayı 31 nəfərə çatıb, — RBC-Ukrayna, Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko və şəhər polisi tərəfindən yayılan Telegram məlumatlarına istinadən xəbər verir.Tkaçenko bildirib:“Bütün gecə və indi də axtarış-xilasetmə işləri davam edir. Svyatoşin rayonunda daha bir neçə nəfərin meyiti çıxarılır. Xilasedicilər daha üç nəfərin cəsədini dağıntılar altından çıxarıb”.Məlumata görə, xilasedicilər bir qadın və onun iki azyaşlı qızının (10 və 13 yaşlarında) cəsədini aşkarlayıb.Saat 09:16 – Kiyev Şəhər Administrasiyası bildirir ki, ölənlərin sayı 27 nəfərə çatıb.Saat 20:48, 31 iyul – 13 nəfər həlak olub, bu barədə Timur Tkaçenko məlumat verib.Saat 18:08 – 11 nəfərin öldüyü, onlardan birinin uşaq olduğu qeyd olunur.Saat 17:37 – Ukrayna Milli Polisi bildirir: 9 nəfər ölüb, 135 nəfər yaralanıb.Dağıdılmış çoxmərtəbəli binaların yaxınlığında xilasetmə işləri hələ də davam edir.Kiyev şəhər rəhbərliyi hücum nəticəsində ölənlərlə bağlı matəm günü elan edib.Ulusum.az

Diqqət Çəkənlər

İsti havanın beynə gözlənilməz təhlükəsi açıqlandı

Nyu-Yorkda faciəvi hücum: Həlak olan polis əməkdaşına ehtiramla vida - VİDEO

İrandan Rusiyaya “kahı” adıyla narkotik aparılırmış – Gömrükdə ələ keçdi

Seçilən
7
50
ulusum.az

10Mənbələr