AZ

Son 5 ildə televiziya kanalları nə qədər cərimələnib?

Bakı. Trend:

2025-ci ilin ilk 6 ayı ərzində aparılan monitorinqlərnəticəsində 5 qanun pozuntusu faktı aşkarlanıb vəmüvafiq olaraq qanunauyğun tədbirlər həyata keçirilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Audioviziual Şuradanməlumat verilib.

Bildirilib ki, pozuntu hallarından ikisi “Media haqqında”Qanunun 14-cü maddəsinin (mediada yayımlanan informasiyaya dairtələblər), biri 38-ci maddəsinin (yayım hüququ) və ikisi “Reklamhaqqında” Qanunun 4.3-cü maddəsinin (reklam olunan tibbmüəssisəsinin lisenziyasının nömrəsinin göstərilməməsinə görə)tələblərinin pozulması ilə bağlı olub.

Bu pozuntulara görə yayımçılara ümumilikdə 3yayımın dayandırılması (üç saat - 2 dəfə, iyirmidörd saat - 1 dəfə) sanksiyası, 2xəbərdarlıq tətbiq edilib.

Bu müddət ərzində yayımçılara münasibətdə cərimə ilə bağlıprotokol tərtib edilməyib.

2024-cü il ərzində görüləntədbirlər

4 dəfə yayımın dayandırılması haqqında qərarqəbul olunub və 3 inzibati protokol tərtibolunub.

İl ərzində ayrı-seçkiliyin təbliğinə yol verdiyinə görə “MTV”kanalının yayımı 8 saatlıq, müstəsna yayım hüququnun pozulmasınagörə “ATV”, “ARB”, “ARB Günəş” kanallarının yayımı 3 saatlıqdayandırılıb.

Peyk yayımı həyata keçirməyən platforma yayımçısı “Səhiyyə TV”MMC (“Səhiyyə TV” kanalı) barəsində “Reklam haqqında” Qanununtələblərinin pozulması ilə bağlı müxtəlif vaxtlarda2 inzibati xətaya dair protokol tərtib olunub vəmüvafiq məhkəmələr tərəfindən hər biri 8 min manatməbləğində olmaqla cərimə sanksiyası tətbiq edilib.

“İctimai Televiziya və Radio Yayımları Şirkəti” (“İTV” kanalı)barəsində “Uşaqların zərərli informasiyadan qorunması haqqında”Qanunun tələblərinin pozulması ilə bağlı inzibati xətaya dairprotokol tərtib olunub və məhkəmə qərarına əsasən, kanal 3min manat məbləğində cərimələnib.

2023-cü il ərzində görüləntədbirlər

3 dəfə yayımın dayandırılması haqqında qərarqəbul olunub və 1 inzibati protokol tərtibolunub.

İl ərzində qeyri-dəqiq reklam yayımlanmasına görə “ARB”kanalının yayımı 3 saatlıq, əxlaqdan kənar leksik (söyüş) məzmunluinformasiya yayımlanmasına görə “Space TV” kanalının yayımı 3saatlıq, bir saatda yayımlanan reklam həcminin aşılmasına görə“Kanal S” kanallarının yayımı 3 saatlıq dayandırılıb.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (“AZTV” kanalı)barəsində “Media haqqında” Qanunun tələblərinin pozulması faktı iləbağlı protokol tərtib olunub və müvafiq məhkəmənin qərarına əsasən,kanal 5 min manat məbləğində cərimələnib.

2022-ci il ərzində görüləntədbirlər

3 dəfə yayımın dayandırılması haqqında qərarqəbul olunub.

Belə ki, uşaq proqramının energetik içki reklamı ilə kəsilməsinəgörə “Space TV” kanalının yayımı 3 saatlıq, zorakılığı vəqəddarlığı təbliğ edən informasiyaya yol verilməsinə görə “SpaceTV” və “ARB” kanallarının yayımı 3 saatlıq dayandırılıb.

2021-ci il ərzində görüləntədbirlər

“Azad Azərbaycan” Müstəqil Tele-Radio Kompaniyası (“ATV” kanalı)barəsində “Uşaqların zərərli informasiyadan qorunması haqqında”Qanunun tələblərinin pozulması faktı ilə bağlı inzibati xətaya dairprotokol tərtib olunub və müvafiq məhkəmənin qərarına əsasən,kanala 3 min manat məbləğində cərimələnib.

2020-ci il ərzində görüləntədbirlər

10 dəfə yayımın dayandırılması haqqında qərarqəbul olunub və 1 inzibati protokol tərtibolunub.

İl ərzində əxlaqdan kənar leksik (söyüş) məzmunlu informasiyayayımlanmasına görə “ARB” kanalının yayımı 6 saatlıq, tütünməmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanmasına görə“Space TV”, “Xəzər TV”, “ARB” kanallarının yayımı 1 saatlıq, birsaatda yayımlanan reklam həcminin aşılmasına görə “Space TV”(2 dəfə), “Xəzər TV”, “ARB”, “Lider TV”, “ATV”kanallarının yayımı 3 saatlıq dayandırılıb.

Tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildəyayımlanmasına görə “Azərbaycan Televiziya və Radio Verilişləri”QSC (“AZTV” kanalı) barəsində İnzibati Xətalar Məcəlləsinin428.11-ci maddəsinə əsasən cərimə olunması ilə bağlı protokoltərtib olunub və müvafiq rayon məhkəməsi tərəfindən kanal 5min manat cərimələnib.

Qeyd edilib ki, 2024-cü ilin sonlarından başlayan və hazırda dadavam edən audiovizual mediada piratçılıqla mübarizə çərçivəsindəAudiovizual Şuranın tərtib etdiyi protokollar əsasında cari ilinilk altı ayı ərzində platfotma operatoru lizensiyası olan 13subyekt müvafiq məhkəmələrin qərarına əsasən hər biri 5min manat məbləğində cərimələnib.

Seçilən
36
6
az.trend.az

7Mənbələr