AZ

Komitə sədri Qusarda vətəndaşların müraciətlərini dinləyib  

Avqustun 1-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Qusar rayonunda vətəndaşlarla görüşüb.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, görüşdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib.

Qusar və Quba rayon sakinləri əsasən ailə məsələləri, hüquqi məsləhət, uşaqlarla bağlı sosial dəstək və digər məsələlərə dair müraciət ediblər.

Komitənin məsul əməkdaşlarının da iştirak etdiyi görüş zamanı hər bir müraciət fərdi qaydada dinlənilib, qaldırılan məsələlərin qısa zamanda həll yollarının müəyyənləşdirilməsi üçün tapşırıqlar verilib. Araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülüb.

Seçilən
6
3
azerbaijan-news.az

7Mənbələr