AZ

Saatlı icra hakimiyyətində qalmaqal - Qəbula gələn vətəndaş həbs edildi

Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavinini xidməti otağında təhqir edən şəxs inzibati qaydada həbs olunub.

News24.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1961-ci il təvəllüdlü, Qra Nuru kənd sakini C.V. saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib olunub. İşə məhkəmə baxıb.

Araşdırma zamanı məlum olub ki, 64 yaşlı C.V. Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, icra başçısının müavini Gündüz Səmədlinin qəbuluna gəlib. Əvvəlcə əməkdaşlar ona Gündüz Səmədlinin binada olmadığını bildiriblər. Lakin o, icra hakimiyyətinin qarşısında yüksək səslə müavinə qarşı narazılığını ifadə etməyə başlayıb.

Daha sonra qəbuluna daxil olduğu müavinin otağında isə "burda bir insan yoxdur, sözümüzü deyək" deyə yüksək səslə qışqıraraq səs-küy salıb.

Məhkəmənin qərarı ilə C.V.-yə 4 gün müddətində inzibati həbs cəzası verilib.

Seçilən
74
14
news24.az

10Mənbələr