Oxu.az saytına istinadən ain.az xəbər verir.
Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, 5 ünvanında yerləşən blokun giriş hissəsinin döşəməsində yaranan dəlik bina sakinlərinin narahatlığına səbəb olub.
Oxu.Az-a daxil olan müraciətdə bildirilir ki, dəlik getdikcə genişlənir, amma bu problemi həll etmək üçün aidiyyəti qurumla əlaqə yaratmaq cəhdləri baş tutmur.

Bina sakinləri məsələ ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyətinə həm yazılı, həm də qaynar xətt vasitəsilə müraciət etmələrinə baxmayaraq, hələlik problemin həlli istiqamətində heç bir addım atılmadığını bildirirlər.
Qeyd olunur ki, məsələyə aydınlıq gətirmək üçün Nərimanov Rayon İcra Hakimiyyətinin internet saytında yerləşdirilən bütün şəhər nömrələrinə zəng edilsə də, yalnız bir nömrəyə mühafizə əməkdaşı cavab verib. Digər zənglərə isə cavab verən olmayıb. Mühafizə əməkdaşı isə zənglərin niyə cavabsız qalmasına izah verə bilməyib.
"Görünür, Nərimanov Rayon İcra Hakimiyyətində əməkdaşlar ya kütləvi şəkildə məzuniyyətə çıxıblar, ya da havanın isti keçməsi ilə əlaqədar distant iş rejiminə keçiblər. Böyük bir rayonun icra hakimiyyətində heç bir şəhər nömrələrinə cavab verilməməsinə başqa izah tapa bilmirik", - deyə şikayətdə qeyd olunur.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.