AZ

“Bu sahənin inkişafı dövlətlərin rəqabət qabiliyyətini, innovasiya potensialını və sosial rifahını müəyyənləşdirir” VACİB NÜANSLAR KONKRET

Konkret.az saytına istinadən ain.az xəbər verir.

Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları cəmiyyətimizin bir parçasına çevrilib. Bu gün demək olar ki, bu sahə dövlət strukturları və vətəndaş cəmiyyəti institutları, iqtisadi və sosial sektorlar, elm və təhsil, mədəniyyət və bütövlükdə insanların həyat tərzini əhatə edib. Artıq mövcud texnologiyalar ölkəmizi qlobal informasiya mühitinin bir parçasına çevirib.

İnformasiya və kommunikasiya texnologiyalarından kütləvi istifadə edilməsi sosial və iqtisadi fəaliyyətin yeni formalarını yaradıb. Bu mənada sözügedən sahənin inkişaf etdirilməsi dövlətimizin əsas prioritet sahələrindən birinə çevrilib. Nəticələr də göz qabağındadır. İnformasiya bütün sahələrdə əmtəəyə çevrilməkdədir. Elə ona görədir ki, iqtisadiyyatımızın bütün sektorlarında informasiya və bilik bazarı formalaşıb. Bu, digər sahələrdə də belədir. Dünyamızın daimi və davamlı olaraq inkişaf etməkdə olduğunu hər birimiz müşahidə edirik və bütün istiqamətlərdə inkişafı görürük. Onu da görürük ki, həmin inkişafa da məhz informasiya və kommunikasiyaların çox böyük təsiri var. Daha dəqiq desək, davamlı olaraq inkişaf etməkdə olan dünyamız məhz həmin texnologiyalar sayəsində inkişafdadır. Əslində, etiraf etmək lazımdır ki, istənilən sahədə müşahidə edilən inkişaf elə məhz informasiya və kommunikasiyaları texnologiyaları sayəsində inkişafdadır. Çünki həmin texnologiyaların dinamik inkişafa töhvələrini kimsə təkzib edə, dana bilməz. Yəni, informasiya və kommunikasiyaları texnologiyalarının inkişafa nə kimi və necə təsir göstərdiyi göz önündədir deyə, bunun əksini söyləmək belə mümkün deyil. Xüsusən də qeyd etmək lazımdır ki, bütün sahələri əhatə edən, eləcə də bütün sahələrə siraət edən informasiya və kommunikasiya texnologiyalarının hansı dərəcədə tətbiq edilməsi məhz onun tətbiq olunduğu ölkənin, cəmiyyətin istər elmi, istərsə də iqtisadi potensialının göstəricisi sayılır.

Ölkəmizdə elektron xidmətlərin yaradılması istiqamətində ən parlaq nümunələrdən sayılan “Elektron Hökumət”, eləcə də “ASAN xidmət” layihələrin Azərbaycanda tətbiq olunması da təsadüfi deyil və məhz informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsinə olan diqqətdən irəli gəlir. Artıq çoxdandır müşahidə etməkdəyik ki, bu kimi elektron xidmətlər öz növbəsində, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması, sürətləndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Sadalananları nəzərə aldıqda həm də onu demək olar ki, elektron xidmətlərin olması ümumiyyətlə, əvəzsizdir. Elə buna görə də tətbiqinə geniş şəkildə şərait yaradılır. Sözsüz ki, bütün bunlar nəzərə alınaraq, dövlət başçısının, cənab Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən və prioritet məsələlərdən olan operativlik, şəffaflıq, müasirlik, texnoloji imkanların artırılması cəmiyyətimiz, Azərbaycan ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.

Artıq görürük ki, informasiyanın və yüksək texnologiyaların tətbiqi hesabına hərbi toqquşmalarda belə üstünlüklər əldə edilir və bunu dünyada müşahidə edilən müharibələr belə təsdiq edir. Məhz bizim öz ölkəmizin də 44 günlük müharibə dönəmində yüksək texnologiyaların tətbiqi sayəsində qələbəni ən qısa zamanda əldə etməyimiz də sirr deyil. O da sirr deyil ki, ölkəmizin bu təcrübəsi bütün dünyada həm öyrənilir, həm də tədris olunur. Əlbəttə, bu da onu deməyə əsas verir ki, ölkəmizdə digər sahələrlə yanaşı, informasiya və kommunikasiya texnologiyalarının inkişafı, tətbiqi sahəsində dinamik inkişaf, irəliləyiş var və bu, bütün dünyada qəbul olunmaqdadır.

Mövzu ilə bağlı AİKTSA sədri Elvin Abbasov KONKRET.az-a açıqlamasında bildirib ki, informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişafı təkcə texnoloji irəliləyiş deyil, bütövlükdə iqtisadiyyatın, təhsilin, idarəçiliyin və cəmiyyətin modernləşməsinin əsas dayağıdır:

“Bu sahənin inkişafı dövlətlərin rəqabət qabiliyyətliliyini, innovasiya potensialını və sosial rifahını müəyyənləşdirir. Azərbaycanda son illər bu istiqamətdə ciddi irəliləyişlər müşahidə olunur – xüsusilə rəqəmsal infrastrukturun genişləndirilməsi, elektron xidmətlərin təşkili və startap ekosisteminin təşviqi sahələrində bu, müşahidə edilir”.

Ekspertin sözlərinə, eyni zamanda İKT sahəsinin inkişafı yalnız texnologiyanın idxalı ilə deyil, onun lokal istehsalı və tətbiqi ilə müşayiət olunmalıdır.

“Bu baxımdan, yerli texnoloji məhsulların hazırlanması, milli süni intellekt sistemlərinin yaradılması və kadr potensialının gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. İKT-nin inkişafı həm də kibertəhlükəsizlik, data idarəçiliyi və etik texnologiya istifadəsi kimi sahələrdə yeni çağırışlar və cavabdehliklər yaradır. Bu prosesə həm dövlət, həm özəl sektor, həm də vətəndaş cəmiyyəti birgə yanaşmalıdır. Nəticə olaraq, İKT yalnız texnologiya deyil. Gələcəyin dili, idarəetmə mədəniyyəti və davamlı inkişafın açarıdır”.

Aynurə İsmayıl,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” mövzusuna uyğun olaraq dərc edilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
1
konkret.az

2Mənbələr