AZ

Fransalı general: Rusiya 2030 cu ildən əvvəl Avropaya hücum edə bilər

ain.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fransa Silahlı Qüvvələrinin rəhbəri Avropanı Rusiyaya qarşı çıxmaq üçün müdafiə xərclərini artırmağa çağırıb.Turkustan.az xəbər verir ki, general Thierry Burkhard Britaniyanın "The Economist" qəzetinə deyib ki , Rusiya o qədər sürətlə silahlanır ki, beş ildən sonra o, Avropa üçün "əsl təhlükəyə" çevriləcək.Avqustun 31-də Fransanın Baş Müdafiə Qərargahının (CEMA) rəisi vəzifəsindən 4 il sonra istefa verməyə hazırlaşan Burkhardt bildirib ki, 2030-cu ilə qədər “Rusiyanın Qərb ölkələri, xüsusən də Avropa ölkələri üçün hərbi təhlükə törətmək imkanları olacaq”.Onun fikrincə, Rusiya diktatoru Vladimir Putin rejimi tərəfindən həyata keçirilən yenidən silahlanmanın miqyası real təhlükə yaradır. Onun sözlərinə görə, potensial irimiqyaslı münaqişədən qorunmaq üçün investisiyalar artırılmalıdır.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
1
icma.az

2Mənbələr