ain.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanı müharibəni dayandırmaq üçün liderlər səviyyəsində görüşməyə çağırıb.
Missiya.Az xəbər verir ki, prezident bu barədə "Telegram" hesabında yazıb.
"Ukrayna Rusiyaya texniki səviyyədə bəyanatlar və görüşlər mübadiləsindən liderlər arasında danışıq səviyyəsinə keçməyi təklif edir. Biz ABŞ Prezidenti Donald Trampın Rusiya müharibəsinə, bütün qətllərə son qoymaq, layiqli və davamlı sülh əldə etmək səylərini görür və dəstəkləyirik. Biz dünyada sülh işini dəstəkləyən və həyatı qorumaqda bizə kömək edən hər kəsə minnətdarıq. Rusiyanın bəyanatlarını eşidirik və əgər bu, onların müharibəni ləyaqətlə bitirməyə və həqiqətən də davamlı sülhün bərqərar olmasına ciddi hazır olduqlarının siqnalıdırsa, nəinki müharibə üçün daha çox vaxt qazanmaq və sanksiyaların gecikdirilməsi cəhdi deyilsə, onda Ukrayna bir daha liderlər səviyyəsində istənilən vaxt görüşməyə hazırdır",-deyə Ukrayna lideri bildirib.
Onun sözlərinə görə, Ukrayna Rusiyada kimin qərar qəbul etdiyini və bu müharibəni kimin dayandırmalı olduğunu başa düşür. Bunu bütün dünya da anlayır. Ukrayna texniki səviyyədə bəyanatların və görüşlərin mübadiləsindən liderlər arasında danışıq səviyyəsinə keçməyi təklif edir. Amerika bunu təklif etdi. Ukrayna bunu dəstəklədi. İndi isə Rusiyanın hazırlığı lazımdır.
Nurlana ƏhmədovaMissiya.Az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.