AZ

Sosial şəbəkələrdən uzaq qalmağın 7 yolu

ain.az, Baku.ws portalına istinadən məlumat yayır.

İnsanların gününün saatlarla hissəsini oğurlayan sosial şəbəkələr artıq həyat tərzimizin bir parçasına çevrilib. Hər gün ortalama 3–5 saatını telefonda keçirən bir cəmiyyət formalaşır. Bu isə vaxt itkisi, diqqət dağınıqlığı, psixoloji yorğunluq, yuxusuzluq və depressiya kimi bir çox fəsada yol açır. Bəs nə etmək olar?

BAKU.WS sosial şəbəkələrdən uzaq qalmağın yollarını təqdim edir

1. Sosial şəbəkə tətbiqlərini telefondan silmək və ya gizlətmək

İlk addım texniki addımdır. Tətbiqləri əsas ekrandan uzaqlaşdırmaq və ya silmək, avtomatik bildirişləri bağlamaq bu alışqanlığı zəiflədə bilər.

2. Sosial media üçün konkret vaxt təyin etmək

Məsələn, gün ərzində yalnız saat 19:00-20:00 arası istifadə icazəsi vermək. Bu zaman kənarına çıxmamaq.

3. Zaman izləmə tətbiqləri yükləmək (Forest, One Sec, Freedom və s.)

Bu tətbiqlər istifadəni məhdudlaşdırır və hər dəfə tətbiqə daxil olmaq istədikdə xəbərdarlıq verir.

4. Alternativ fəaliyyətlə məşğul olmaq

Sosial şəbəkəyə sərf olunan vaxtı başqa bir fəaliyyətlə əvəzləmək: idman, kitab oxumaq, əl işi, real insanlarla ünsiyyət.

5. "Digital detox" günləri keçirmək

Həftədə 1 gün "telefon-detox" tətbiq etmək – telefon internetsiz və ya "uçuş rejimi"ndə.

6. Özünü izləmək və nəticə çıxarmaq

Gün ərzində neçə dəfə telefonun kilidini açırsan? Nə axtarırsan? Bu özünü analiz etmək üçün vacibdir.  

7. "Fake" həyatlarla özünü müqayisə etməmək

Sosial media hər şeyin ideal göründüyü bir vitrindir. Bu, insanda özgüvənsizlik yarada bilər. Bunu dərk etmək azadlıq verir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
1
baku.ws

2Mənbələr