Hazırda vakansiyalar yalnız həvəsləndirmə tədbirləri tətbiq olunan müəssisələr üzrə təqdim olunur.
Sfera.az xəbər verir ki, bu barədə APA-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
Agentlikdən bildirilib ki, əgər şəxsi səhifədə hər hansı vakansiya əks olunmayıbsa, bu, namizədin faktiki yaşayış yeri üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan müəssislər üzrə hazırda vakansiya olmadığı anlamına gəlir.
Qeyd edək ki, vakansiya seçimi ilə bağlı bir sıra namizədlər sistemdə vakansiyanın olmaması ilə bağlı sosial şəbəkədə paylaşımlar edib.
Xatırladaq edirik ki, avqustun 6-da MİQ üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinə start veriləcək. Həmin tarixdən etibarən namizədlər bütün ölkə üzrə təqdim edilən vakansiyalarla tanış ola biləcəklər