AZ

Erkən xristianlığın mərkəzi olan şəhər aşkarlandı

ain.az, Kulis.az saytına istinadən bildirir.

Misirdə bir vaxtlar erkən xristianlığın mərkəzi olan 2000 illik şəhər aşkar edilib.

Kulis.az xəbər verir ki, ölkənin Turizm və Qədim Əsərlər Nazirliyi bu haqda məlumat yayaraq Misirin Xarqa oazisində eramızın III-VII əsrləri arasında erkən Kopt dövrünə aid şəhər aşkar edildiyini bildirib.

Tapılan qalıqlar arasında çiy kərpicdən tikilmiş evlər, qəbirlər, kilsələr və İsa Məsihin xəstələrə şəfa verdiyini əks etdirən divar rəsmləri var.

Qeyd edək ki, tədqiqatçılar həmçinin bir vaxtlar taxıl və ərzaq saxlamaq üçün istifadə edilən iri gil qablar, həmçinin sobalar, saxsı qab qırıqları, şüşə və daş əşyalar və dəfn yerləri aşkar ediblər.

Rəvan Cavid motosiklet qəzasında ağır yaralandı - Fotolar

“Yeddi Gözəl” sənət layihəsi təqdim olundu

Telli Pənahqızına vəzifə verildi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
1
kulis.az

2Mənbələr