Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Keir Starmerlə telefon danışığı aparıb.
Viral.az/” target=”_blank”>Viral.az xəbər verir ki, Zelenski bu barədə “Teleqram” hesabında paylaşım edib.
Bildirilib ki, onlar Ukraynanın müdafiəsinin gücləndirilməsini və Rusiyaya qarşı sanksiyaları müzakirə ediblər.
Son Yazılar:
- Zelenski ilə Keir Starmer Rusiyaya qarşı sanksiyaları müzakirə etdilər
- Türk adına görə körpəyə sənəd verilmədi
- “Çelsi” futbolçusunu icarəyə verdi
Tərəflər Ukraynanın hava müdafiə imkanlarının gücləndirilməsi, xüsusilə dron-interseptorların istehsalının genişləndirilməsi və bu proqramların maliyyələşdirilməsi yollarını müzakirə ediblər.
Zelenski Rusiyaya qarşı tətbiq edilən sanksiyaların effektivliyini vurğulayıb və bu təzyiqin daha da gücləndiriləcəyinə əminliyini ifadə edib.
Tərəflər həmçinin ABŞ-la koordinasiya, o cümlədən Prezident Donald Trampla mümkün təmaslar və gələcək sülh danışıqlarının formatları barədə fikir mübadiləsi aparıblar.
Zelenski qeyd edib ki, Ukrayna beynəlxalq arenada fəal diplomatik kampaniyaya hazırlaşır.