AZ

"Qarabağ"ın pley-off-a yüksələcəyi təqdirdə mümkün rəqibləri bəlli olub

"Qarabağ" Çempionlar Liqasının pley-offdakı potensial rəqiblərini avqustun 4-də keçiriləcək püşkatma mərasimindən sonra tanıyacaq.

Moderator.az xəbər verir ki, Ağdam təmsilçisi 3-cü raundda "Şkendiya"nı keçəcəyi halda bu klublardan biri ilə qarşılaşa bilər: "Budyo Qlimt", "Seltik", "Malmö" - "Kopenhagen" cütünün qalibi, "Lex" - "Srvena Zvezda" cütünün qalibi, "Ludoqorets" - "Ferentsvaroş" cütünün qalibi.

Püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Pley-off mərhələsinin oyunları avqustun 19/20-də və 26/27-də keçiriləcək.

Seçilən
10
1
moderator.az

2Mənbələr