AZ

Kamçatkadakı zəlzələ Rusiyanın nüvə sualtı bazasına ziyan vurdu

BAKI, 1 avqust. TELEQRAF

Kamçatka yarımadasında baş vermiş zəlzələ və sunami nəticəsində Avaçinsk körfəzində yerləşən Rusiyanın nüvə sualtı bazası zərər görüb.

Teleqraf xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Peyk görüntülərində bazanın “Rıbaçiy” adı verilən dayağının deformasiyaya uğradığı, onun bir hissəsinin əyildiyi və bəlkə də möhkəmləndirici elementlərdən ayrıldığı görünür. Hadisə zamanı həmin dayağa heç bir sualtı gəmi yanaşmamışdı. Ekspertlər bildirirlər ki, baş verən ziyan hərbi baxımdan ciddi əhəmiyyət daşımır.

Bu baza Sakit Okean Donanmasının əsas mərkəzlərindən biridir və burada həm müasir “Borey” layihəsi üzrə sualtı qayıqlar, həm də köhnə “Delta” tipli sualtılar yerləşir.

Seçilən
43
2
teleqraf.com

3Mənbələr