AZ

Qazaxıstan Ticarət Nazirliyi: Astana Vaşinqtonla tariflərlə bağlı danışıqları davam etdirir

ain.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

Qazaxıstan ABŞ ilə əlavə tariflərin tətbiqi məsələsi ilə bağlı danışıqları davam etdirir.

“Report”un Qazaxıstan bürosunun məlumatına görə, bu barədə ölkənin Ticarət və İnteqrasiya Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Bu proses çərçivəsində iyun ayında Qazaxıstan Ticarət və İnteqrasiya Nazirliyinin nümayəndələrinin iştirakı ilə ikitərəfli görüş keçirilib. Qazaxıstan ABŞ-yə davamlı təchizatın qorunub saxlanılması və bazarlara ədalətli giriş şərtlərinin təmin edilməsi ilə bağlı rəsmi təklif göndərib. Astana Vaşinqtonla konstruktiv qarşılıqlı əlaqəyə köklənib", - məlumatda qeyd olunub.

Bildirilib ki, ABŞ dialoqa hazır olduğunu təsdiqləyib.

Xatırladaq ki, Vaşinqtonun tətbiq etdiyi tariflər Qazaxıstanın ABŞ-yə ümumi ixracının yalnız 4,8 faizinə təsir göstərir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
2
icma.az

3Mənbələr