AZ

Özbəkistan korrupsiyaya qarşı mübarizə məqsədilə beynəlxalq müqaviləyə qoşulur



Özbəkistan Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlətlərarası Şuranın yaradılması haqqında sazişə qoşulub.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən xəbər verir ki, “Beynəlxalq Sazişə qoşulmaq haqqında” prezident fərmanı qəbul edilib. Fərmana əsasən, Özbəkistan bu sazişə qoşulub.

Qeyd edək ki, saziş 2013-cü il oktyabrın 25-də Minskdə imzalanıb.

Xarici İşlər Nazirliyi Sazişin icrasına cavabdeh olan səlahiyyətli orqan haqqında depozitariyə müvafiq bildiriş göndərir.

Nazirlər Kabineti, aidiyyəti nazirlik və idarələrin rəhbərləri bu beynəlxalq müqavilənin müddəalarının qüvvəyə mindikdən sonra həyata keçirilməsini təmin edəcəklər.

Anar Əliyev
Seçilən
9
1
newscenter.az

2Mənbələr