AZ

Dünyanın ən varlı 10 ölkəsi açıqlanıb

“Visual Capitalist” portalı tərəfindən hazırlanan infoqrafika 2025-ci ildə ən yüksək rifah səviyyəsinə malik ölkələrin üç reytinqini təqdim edir. Sol sütunda ölkələr adambaşına düşən ümumi daxili məhsula (Beynəlxalq Valyuta Fondunun 2025-ci il üçün məlumatları), mərkəzdə – adambaşına düşən ümumi milli gəlirə görə (Dünya Bankının 2024-cü il üçün məlumatları) və sağ tərəfdə orta rifah səviyyəsi (İsveçrənin USB banının 2024-cü il üçün hesabatı) əsasında reytinq göstəriciləri yer alıb.

İnfoqrafikada müxtəlif meyarların tətbiqi ölkələrin ən varlı dövlətlər reytinqindəki mövqelərinə əhəmiyyətli dərəcədə təsir göstərir. Hər üç siyahıda ilk beşliyə daxil olan yeganə ölkə Lüksemburqdur. Bu ölkə adambaşına düşən ÜDM (140,9 min dollar) və orta sərvət (395,3 min dollar) baxımından birinci yeri tutur, ümumi milli gəlirə görə isə dördüncü yerdə qərarlaşıb (91,5 min dollar) və bu sahədə Bermud adalarından (140,3 min dollar), Norveçdən (98,2 min dollar) və İsveçrədən (95,9 min dollar) geri qalır.

2025-ci ildə adambaşına düşən ÜDM-ə görə ən varlı on ölkənin reytinqi aşağıdakı kimidir: Lüksemburq – 140,9 min dollar, İrlandiya – 108,9 min dollar, İsveçrə – 104,9 min dollar, Sinqapur – 92,9 min dollar, İslandiya – 90,3 min dollar, Norveç – 89,7 min dollar, ABŞ – 89,1 min dollar, Makao – 76,3 min dollar, Danimarka – 75 min dollar, Qətər – 71,7 min dollar.

MənbəAZƏRTAC
Seçilən
58
7
banker.az

8Mənbələr