AZ

Putinin PLANI HAZIRDIR: Ermənistanda çevriliş bu tarixdə baş tutacaq, Paşinyan…

Rusiya Ermənistanda Paşinyana qarşı hərbi çevrilişə cəhd edə bilər. Rusiya uzun müddətdir Ermənistanın baş naziri Nikol Paşinyanı devirmək niyyətindədir və bu məqsədlə həm siyasi, həm də silahlı vasitələrdən istifadə etməyə çalışıb”.

Bu fikirləri Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyov KONKRET.az-a açıqlamasında səsləndirib.

“Paşinyan hakimiyyətə gələndən bəri Rusiya müxtəlif yollarla onu hakimiyyətdən uzaqlaşdırmağa çalışıb. Bu istəklər seçki prosesləri və ya hərbi çevriliş ssenariləri formasında ortaya çıxıb. Ancaq hələ ki, bu cəhdlər uğursuz olub. Eyni zamanda, Rusiya getdikcə zəifləyir və Qafqazda təsir imkanlarını itirir. Hazırkı məqamda Ermənistan kimi bir ölkədə çevriliş təşkil etmək əvvəlkindən daha çətindir. Putin bir neçə ay əvvəl Kilsəni Paşinyana qarşı qaldırmağa çalışdı. Dini xadimlər insanları mitinqlərə səsləyirdi. Hətta Ermənistanda müəyyən qarışıqlıqlar da oldu. Lakin bütün bunlara baxmayaraq, Paşinyan hakimiyyətdə möhkəmlənə bildi”. Dördpendirli pizza

Əlibəyov hesab edir ki, bəzi ekspertlərin 2026-cı il parlament seçkiləri ilə bağlı səsləndirdikləri proqnozlar reallığa uyğun deyil:

“Əgər Rusiya Paşinyanı devirmək istəyirsə, bunu 2026-cı ilə qədər gözləməyəcək. O vaxta qədər Rusiyanın öz daxilində hansı çətinliklərlə qarşılaşacağı bilinmir. Çevriliş cəhdi olacaqsa, bu, yaxın aylarda baş verər. Çevriliş cəhdi müxtəlif şəxslər, hərbçilər və ya keçmiş siyasətçilər vasitəsilə həyata keçirilə bilər. Rusiya onlara hərbi dəstək verərək Paşinyanı devirməyə cəhd edər ”.

Bununla belə, Vəli Əlibəyov Paşinyanın mövqeyinin zəif olmadığını vurğulayıb:

“Paşinyan tək deyil, ABŞ və digər Qərb ölkələri onun hakimiyyətdə qalmasında maraqlıdır və onu dəstəkləyirlər. Bu dəstək ona qarşı olan planların qarşısını almaqda əsas faktorlardan biridir. Əgər uğurlu sui-qəsd olarsa, bu, Paşinyanı devirmək üçün daha asan yol olacaq. Digər üsullarla onun hakimiyyətdən getməsi mümkün deyil”.

Seçilən
5
4
editor.az

5Mənbələr