AZ

Qorxulu anlar: Adamyeyən köpəkbalıqları bu ölkəyə axışdı


Böyük ağ köpəkbalığı Rusiya sahillərində getdikcə daha çox peyda olur və hətta insanlara hücum edir.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə "Kp.ru"ya bioloq Vladimir Dolqanov məlumat verib.

Alimlər hesab edirlər ki, adamyeyən köpəkbalıqlarının Saxalinə kütləvi axınının səbəbi bu bölgədə suyun çox istiləşməsidir.

"Ağ köpəkbalığı bu sularda tez-tez görünür. Demək olar ki, hər il bu yerlərə gəlirlər, onları Primorsk bölgəsində də müşahidə etmək olar. Çünki burada onlar asanlıqla qida tapırlar", - bioloq vurğulayıb.

Artıq Uzaq Şərq bölgəsində insanlara qarşı bir neçə hücum faktı qeydə alınıb. Məsələn, 2011-ci ildə bir köpəkbalığı 25 yaşlı kişinin əllərini dişləyib və 16 yaşlı yeniyetməyə hücum edib.

Eyni zamanda Dolqanov panikaya yol verməməyə çağırıb. O qeyd edib ki, planetdə hər il orta hesabla 100 köpəkbalığı hücumu baş verir, onlardan 10-u ölümcül olur.

Qeyd edək ki, böyük ağ köpəkbalığı və ya adamyeyən köpəkbalığı 4,6-4,8 metrə qədər böyüyür, buna görə də onlar dünyanın ən böyük yırtıcı balıqlarından biri hesab olunurlar.



Seçilən
33
2
news24.az

3Mənbələr