AZ

"Neftçi" Kipr klubu ilə heç-heçə etdi

“Neftçi” Polşa təlim-məşq toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununu keçirib.

Operativ Media xəbər verir ki, “ağ-qaralar” Kiprin AEL klubu ilə qarşılaşıblar.

Matç 2:2 hesablı heç-heçə ilə başa çatıb. Bakı klubunun heyətində qolları Bassalu Sambu və Ramil Şeydayev vurublar. 

Qeyd edək ki, bundan əvvəl “Hapoel Təl-Əviv” (1:1) və “Termalitsa Nyeçetşa” (2:2) ilə qarşılaşan “Neftçi”nin “Asteras Tripolis” ilə görüşü güclü leysan səbəbindən ləğv olunmuşdu.

Seçilən
49
4
operativmedia.az

10Mənbələr