O, ABŞ prezidenti Donald Trampın təkidi və təşəbbüsü sayəsində yenidən danışıqların bərpasının müsbət addım olduğunu qeyd edib. Bildirib ki, bundan sonra İstanbul danışıqları bərpa edilib.
“ABŞ Dövlət katibi Marko Rubio bu yaxınlarda məsuliyyətli yanaşmanı təsdiqləyərək açıq şəkildə bildirdi ki, ABŞ və Rusiya arasında birbaşa hərbi qarşıdurmaya heç vaxt yol verilməməlidir. Biz bununla tam razıyıq. Bu həm də Rusiya-Amerika dialoqu zamanı əldə olunan qarşılıqlı anlaşmanın nəticəsidir”. Lavrov həmçinin bildirib ki, Rusiya Ukraynaya siyasi və hərbi məsələlər üzrə işçi qruplar yaratmağı təklif edib və bununla bağlı rəsmi Kiyevdən cavab gözlənilir.