AZ

Bakıda maşını qəsdən yandıranlar saxlanıldı - VİDEO

İyulun 27-də Sabunçu rayonu ərazisində paytaxt sakininə məxsus “VAZ-2109” markalı avtomobilin yanması barədə polisə məlumat daxil olub.

"Cebheinfo.az" DİN-ə istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtomobilin qəsdən yandırılması müəyyən olunub. Həmin əməli törətməkdə şübhəli bilinən Məmməd Cabarov və əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş Ruslan Xəmmədov saxlanılıblar.

Onlar ifadələrində nəqliyyat vasitəsini qaçırmaq istədiklərini, lakin niyyətlərinin baş tutmadığını görüb, avtomobili qəsdən yandırdıqlarını bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
47
47
cebheinfo.az

10Mənbələr